Saratovda hərbi vertolyot qəzaya uğrayıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, faciə nəticəsində bir nəfər həlak olub.
Mənbənin məlumatına əsasən, mayın 28-də İvanov yaşayış məntəqəsi yaxınlığında təlim uçuş edərkən, Jukovsk və Qaqarin adına Hərbi-Hava Akademiyası Sızran filialına məxsus «Mi-8» vertolyotu qəzaya uğrayıb.
3 heyət üzvündən ikisi komandir təlimatçı və təlim görən müdavim vertolyotu tərk edə bilib. Ancaq bort mühəndis həlak olub.
Qəzadan qurtaran heyət üzvləri yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi general-mayor İqor Konaşenkov bildirib ki, qəzanın səbəbi aydınlaşanadək bütün növ vertolyotların uçuşları dayandırılıb.