Siciliya adası sahillərində, Katanii çimərliyi yaxınlığında 6 cəsəd aşkarlanıb.
Lent.az-ın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, həmin bölgədə bir qrup miqrantın olduğu qayığın batdığı ehtimal edilir.
Hadisə yerində İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları, polislər və xilasedicilər çalışır. Hadisənin təfərrüatı və miqrantların şəxsiyyəti araşdırılır.
Qeyd edək ki, son həftələr İtaliyanın cənub sahillərinə qeyri-qanuni miqrant axını dayanmır. Miqrantlar əsasən Afrika ölkələri, o cümlədən Suriya və Əfqanıstan vətəndaşlarıdır. İtaliya Sahil Mühafizə Xidməti hər gün qayıqda batma təhlükəsi ilə üzləşən onlarla miqrantı xilas edir. Həmin miqrantlar şəxsiyyətləri müəyyənləşdirilənə qədər müvəqqəti saxlama məntəqəsinə yerləşdirilir. Əgər bu miqrantlar münaqişə zonalarından qaçıbsa, onlara İtaliyada sığınacaq verilir.