Sabah Şimali və Cənubi Koreya arasında işçi qruplar səviyyəsində görüş keçiriləcək. APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüş sərhəddə yerləşən Pxanmuncom şəhərində baş tutacaq. Bu, iki ölkə arasında son aylar yaşanan gərginlikdən sonra ilk belə görüş olacaq.
Görüşdə istismar olunan Keson sənaye zonasında işin bərpa olunması, Cənubi koreyalı turistlərin Şimalda yerləşən kurortlara gedə bilməsi və nazirlər səviyyəsində iclasın keçirilməsi məsələləri müzakirə olunacaq. Bu görüşdən sonra tərəflər arasında iki birgə tədbir də keçiriləcək.
Qeyd edək ki, məhz Pxanmuncomda 1950-1953-cü illərdə Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında müharibədən sonra iki ölkə atəşkəs sazişi imzalanıb.