Saakaşvili NATO və FTB-dən yardım istəyir
09 iyun 2013 04:37 (UTC +04:00)

Saakaşvili NATO və FTB-dən yardım istəyir

Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və ABŞ Federal Təhqiqat Bürosundan (FTB)  Əfqanıstandakı hərbi əməliyyatlarda ölkəsinin ünvanına internetdə hədələyici videoçarxın sifarişçisinin tapılması ilə bağlı müraciət edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Əfqanıstandakı Gürcüstan hərbçiləri «yeni səlibçilər» adlandırılmaqla yanaşı, bütün səlibçilərin «öldürüləcəyi» də əlavə edilib.

 

Videoçarx iyunun 6-da Hilmənd əyalətində gürcü hərbçilərin yerləşdiyi bazadakı partlayışdan 3 saat öncə  «You Tube»-da yayılıb.

 

Məlumata əsasən, Əfqanıstanda NATO tərkibində 1500 Gürcüstan hərbçisi xidmət edir. İndiyə kimi bu ölkədə 30 gürcüstanlı hərbçi həlak olub. Rəsmi Tiflis 2004-cü ildə Əfqanıstana hərbçi göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129
avatar

Oxşar yazılar