Bu gün Türkiyənin Samsun rayonunda olan Gürcüstan prezidenti Mixail Saakaşvili maraqlı bəyanat verib.
Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Çataka və Kabaqdaq kəndlərində 1000-ə qədər gürcü əsilli şəxsə Gürcüstan pasportu təqdim edən Mixail Saakaşvili Türkiyədə gürcü dilinin öyrənilməsinin zəruri olduğunu söyləyib.
Mixail Saakaşvili Türkiyə hökuməti ilə çox intensiv əlaqələrinin olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstana çox müsbət yanaşır: “Rəcəb Tayyib Ərdoğan özü də bəyan edib ki, gürcü əsillidir, xaraktercə isə həqiqətən əsl gürcüdür. O, mənim böyük dostumdur. Məktəblərdə laz dili öyrədilir, gürcü dilinin də öyrədilməsi barədə söhbət edir. Hazırda Türkiyədə gürcü kəndlərində gürcü dilinin öyrədilməsi istiqamətində işlər görülməyə başlayıb. Yaşlı nəsil gürcü dilini bilir, ancaq gənc nəsil getdikcə bu dili unudur”.