Rusiyanın Dəməşqdəki səfirliyi yaxınlığında minaatanlardan atəş açılıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, diplomatik təmsilçilikdən xəsarət alan olmayıb. Ancaq səfirliyi suriyalı iki gözətçisi yaralanıb, olay yerində olan sakin həlak olub.
«Diplomatik təmsilçiliyin təhlükəsizliyi gücləndiriləcəkmi» sualına cavabda səfirlikdən bildirilib : «Burada bütün işlərimiz gücləndirilmiş iş rejimindədir».