Krasnodar diyarının Nijnevedeneevsk qəsəbəsindəki psixo-nevroloji dispanserdə yanğın baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, binadakı yanğınsöndürmə siqnalının işə düşməsi nəticəsində oradan 42 nəfəri çıxarılıb.
1955-ci ildə anadan olmuş bir xəstə dəm qazından boğularaq, həyatını itirib. Xəsarət alan isə 1942-ci ildə doğulub.
İlkin məlumata əsasən, yanğınının siqaret közündən baş verdiyi ehtimal olunur.
Bu ilk olay deyil. Aprelin 26-da Moskvanın Dmitrovsks rayonunda oxşar təyinatlı xəstəxanadakı yanğın nəticəsində 28 nəfər, mayın 1-də Tambovda baş vermiş olayda isə bir nəfər həlak olmuşdu.