Rusiyadan olan sərxoş turist qadın Hindistanın Keral ştatında təyyarənin göyərtəsində dava-dalaş saldığı üçün həbs edilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, təyyarə Dohi şəhərindən Tiruvanantapura uçurmuş. Polis bildirib ki, 34 yaşlı sərxoş moskvalı turist qadın asayiş keşikçilərinə hücum edib.
Mənbənin məlumatına əsasən, rusiyalı turist noyabrın 5-dək həbsdə saxlanılacaq.