Rusiyalı həmsədr: “Mövqeləri dəqiqləşdirmək vaxtıdır”
05 noyabr 2013 15:57 (UTC +04:00)

Rusiyalı həmsədr: “Mövqeləri dəqiqləşdirmək vaxtıdır”

“Bakıdakı danışıqlar zamanı müzakirə olunan məsələlər arasında Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkili də var idi”. Lent.az-ın məlumatına görə, bunu İrəvanda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

 

O, Bakıda Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşdüyünü xatırladıb. Popov bildirib ki, prezidentlər səviyyəsində görüşün mövzusuna bu gün Ermənistan prezidenti Serj Sərkisyanla təmas zamanı da toxunacaq.

 

Həmsədr deyib: “Haradasa 2 ilədək təmaslar xarici işlər nazirləri səviyyəsində aparılıb, irəliyə doğru hərəkət üçün kifayət qədər variant işlənilib. İndi isə fikrimcə, mövqeləri dəqiqləşdirmək və gələcəkdə necə işləmək üçün yüksək səviyyədə görüşün vaxtı yetişib. Bu mövqeyimi xarici işlər nazirləri də bölüşürlər”.

 

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda görüşəcəklərinə dair xəbər yayılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49