«İctimai rəy» Fondunun sosioloqları «Rusiyada müxalifət varmı?» sorğusunu keçirib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, rəyi soruşulan ölkə vətəndaşlarının 40 faizi bu suala əminliklə «bəli» dediyi halda, 30 faiz isə buna «yox» deyib.
Respondentlərin 4 fazi ehtimal edib ki, müxalifət dövlət işlərinə təsir göstərə bilir. 18 faizin fikrincə, müxalifətini Rusiya gerçəkliyinə zəif təsir etdiyini bildirib. 15 faizin qənaətincə, müxalifətin heç bir təsiri yoxdur.
Respondentlərin 12 faizi hesab edib ki, son zamanlar rusiyalılar arasında siyasi müxalifətin tərəfdarlarının sayı çoxalıb. 3 faizi onların sayının azaldığını iddia edib. 15 faizi bu sayın dəyişmədiyini bildirib.
Rəyi soruşulanların 13 faizi Rusiya Kommunist Partiyasını, 10 faiz isə Rusiya Liberal Demokrat Partiyasını müxalifət sayır. Respondentlərin 9 faizi KP sədri Gennadi Züqanovu və liberalların başçısı Jirinovskini müxalifət lideri kimi tanıyır. Aleksey Navalnı isə bu siyahıda üçüncüdür.
Sorğu Rusiyanın 43 bölgəsində 1500 vətəndaş arasında keçirilib.