Rusiyada miqrantların avtobus sürməsinə qadağa qoyuldu
05 noyabr 2013 10:27 (UTC +04:00)

Rusiyada miqrantların avtobus sürməsinə qadağa qoyuldu

Rusiyada əmək miqrantları bir daha marşrut avtobuslarını idarə edə bilməyəcəklər. Lent.az-ın məlumatına görə, noyabrın 5-dən kommersiya avtobuslarının sükanı arxasına Rusiyanın sürücülük vəsiqəsi olmayan insanların oturmasını qadağan edən qanun qüvvəyə minib.

 

Qanunvericilərin fikrincə, Rusiya və keçmiş SSRİ respublikalarında yol hərəkəti qaydaları ciddi dəyişikliyə məruz qalır. Rusiya qaydalarını bilməyənlər qəza hallarına səbəbkar olurlar. Gəlmə sürücülər yolda onlardan nəyin tələb olunduğunu sadəcə bilmirlər. Buna görə də məsələn, Tacikistanda vəsiqə alan sürücü Rusiya avtobusunun sükanı arxasına əyləşə bilmir.

 

Qanunun icrasına nəzarət cərimə vasitəsilə həyata keçiriləcək. İşəgötürənlər hər sürücü üçün 50 min rubl ödəməli olacaqlar. Əcnəbilər Rusiya avtomobil məktəbində oxuduqdan sonra imtahanı uğurla verəcəkləri halda sürücülük vəsiqəsi ala biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar