Son 3 ayda Rusiyada həbsdə olan 1021 iş adamı əfv edilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda açıqlama verən ölkə sahibkarlarının hüququnun müdafiəsi qurumunun təmsilçisi Boris Titov deyib ki, əgər vurulan ziyanın ödəyərlərsə, daha iki minə yaxın iş adamı sərbəst buraxılacaq.
«Ziyanın ödənilməsi əfv prosesinin əngəlləyən ciddi problemdir. Kimsə onu ya ödəyə bilmir, ya da ödəmək istəmir. Çətinliklərdən biri də istintaq mərhələsində ziyanın hesablanmasıdır»-deyə, iş adamlarının ombudsmanı bildirib.
Boris Titov deyib ki, iqtisadi maddələrlə bağlı yerlərdə 13 min 600 iş Adamı tutulub.
Onun qənaətincə, Rusiyada iqtisadi sahədəki qanun pozuntuları ittihamı ilə yüz mindən çox iş adamı mühakimə olunub.