Rusiyada azərbaycanlıya hökm oxunub
15 yanvar 2014 12:25 (UTC +04:00)

Rusiyada azərbaycanlıya hökm oxunub

Murmanskda ekstremist fəaliyyətdə günahlandırılan azərbaycanlının məhkəməsi olub. Həmyerlimiz Ülvi Cabbarov ekstremist fəaliyyətinə açıq çağırışlar, din amili əsasında bir-birinə bağlı insanlara qarşı fitnəkarlıq və düşmənçiliyin aşılanması maddələri ilə cinayətlərin törədilməsində günahkar bilinib. Rusiya İstintaq Komitəsinin təqdim etdiyi materiallarda göstərilir ki, 2011-ci ilin 31 dekabrından 2012-ci ilin 17 yanvarına kimi Azərbaycan vətəndaşı Ülvi Cabbarov internet klubda kompüterdən istifadə edərək "Vkontakte" sosial şəbəkəsindəki özünün şəxsi səhifəsində "Cihad" və “İstişhad əməliyyatından öncə bacının müraciəti, Dağıstan Vilayəti” adlı videoçarxlar yerləşdirib. Araşdırma zamanı məlum olub ki, bu videolarda dini inanclarla bağlı insanlara qarşı  kin və düşmənçilik, dinlərarası nifrət, zorakılığa çağırış əlamətləri var.

 

APA TV-nin xəbərinə görə, 2013-cü 29 iyununda aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün onun faktiki yaşadığı yerdə axtarış aparılıb və ekstremist xarakterli ədəbiyyat və internetə daxil olmaq üçün texniki vasitə aşkar edilib. Məhkəmənin qərarına əsasən, Cabbarov 1 il 9 ay müddətində islah əmək müəssisəsində cəzasını çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar