Rusiyanın Ryazan vilayətində eyni vaxtda 6 kababxana yandırılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, vilayətin Şatsk rayonunda yandırılan kababxanalar azərbaycanlılara və ermənilərə məxsusdur.
Hadisə yerinə gələn polis yanğının kababxanaların birində istirahət otağında divana siqaret kötüyü atılması nəticəsində başladığını bildiriblər. Amma hadisənin qəsdən törədildiyi daha çox ehtimal olunur.