Rusiyada 2014-cü ilin bayram günlərinin təqvimi təsdiqlənib. Lent. az-ın məlumatına görə, şimal qonşularımız istirahətə elə yanvarın 1-də başlayacaqlar.
8 günlük istirahətdən sonra vətəndaşlar 8 mart Qadınlar gününü gözləyəcəklər. Həmin gün cüməyə düşdüyündən, qonşularımız şənbə və bazar günlərində də dincələcəklər.
1 – 4 mayda yaz və əmək bayramları, 12 – 15 iyunda Rusiya günü, 1 – 4 noyabrda isə Xalq Birliyi günləri qeyd olunacaq. Yeni İl bayramı vaxtı 4-5 yanvara təsadüf edən qeyri-iş istirahət günləri 2 may və 13 iyuna keçiriləcək. 23 fevral da bazar gününə düşdüyündən, əlavə istirahət günü 3 noyabrda olacaq.
Martda isə heç bir təxirəsalma olmayacaq. Rusiyalılar 3 gün dalbadal – martın 8-dən 10-dək istirahət edəcəklər. Habelə, mayda Qələbə günü ilə əlaqədar insanlar mayın 9-dan 11-dək dincələcəklər.
Qeyd edək ki, şənbə və bazar günləri də nəzərə alınmaqla, Rusiyada insanlar yanvarda 14, may və noyabrda 12, mart və iyunda 11 gün istirahət edəcəklər.