Rusiya XİN: "Azərbaycan bizim Cənubi Qafqazda strateji tərəfdaşımızdır"
18 may 2013 03:08 (UTC +04:00)

Rusiya XİN: "Azərbaycan bizim Cənubi Qafqazda strateji tərəfdaşımızdır"

 

«Azərbaycan bizim Cənubi Qafqaz və Xəzər bölgəsindəki vacib strateji tərəfdaşımızdır». APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə öz müsahibəsində Rusiya XİN İnformasiya və mətbuat departamenti direktorunun müavini Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, ikitərəfli münasibətlər hüquq bərabərliyi, qarşılıqlı maraqlara hörmət etmə və mehriban qonşuluq əsasında inkişaf edirlər: «Biz Azərbaycanla çoxplanlı qarşılıqlı fəaliyyəti siyasi, iqtisadi və humanitar sahələrdə dərinləşdirmək niyyətindəyik.

 

Rusiya-Azərbaycan strateji tərəfdaşlığının əsas elementi ölkələrimizin prezidentləri arasında siyasi dialoqdur. Vladimir Putin və İlham Əliyev arasında yaranmış qarşılıqlı inamlı əlaqələr yaranan istənilən məsələləri operativ həll etməyə imkan verir.

 

Yüksək səviyyədə dialoqdan əlavə hökumətlərimiz, əsas nazirliklər və idarələrimiz arasında əlaqələr də fəal inkişaf edir. Son illərdə ikitərəfli münasibətlərdə parlament vektorunun əhəmiyyəti xeyli artıb. 2012-ci ildə Bakıda Rusiya Federal Məclisi palatalarının sədrləri Valentina Matviyenko və Sergey Narışkin Azərbaycanla rəsmi səfərdə olublar. İkitərəfli müqavilə-hüquqi baza təkmilləşir.

 

İkitərəfli qarşılıqlı əlaqələrin vacib elementlərindən biri İqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyadır. Hazırda komissiyanın 14-cü iclasına hazırlıq gedir. Hərbi-texniki əməkdaşıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyası var. Bu komissiyanın 6-cı iclası 2012-ci il avqustun 8-də Moskvada keçirilib. 2012-ci il noyabrın 2-də Bakıda Rusiya Federasiyası Federal Məclisi və Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlığına dair parlamentlərarası komissiyanın 10-cu iclası keçirilib».

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya gözlənilən səfəri ilə bağlı suala cavab verən M.Zaxarova qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı ikitərəfli münasibətlərin geniş spektrini, beynəlxalq və regional problemləri müzakirə edəcəklər: «Səfərin gedişində Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında 2013-14-cü illər üçün məsləhətləşmələr planı imzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51