Rusiya və Gürcüstan diplomatları görüşə hazırlığı müzakirə edib
03 sentyabr 2013 06:47 (UTC +04:00)

Rusiya və Gürcüstan diplomatları görüşə hazırlığı müzakirə edib

0

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstanın Rusiya ilə münasibətlər üzrə baş nazirin özəl təmsilçisi Zurab Abaşidze telefonla sentyabrda keçiriləcək ikitərəfli görüşün perspektivini müzakirə ediblər.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya XİN-in bu haqda yaydığı bildirişdə deyilib: «Telefon danışığı zamanı ikitərəfli münasibətlərə dair praktik məsələlər, o cümlədə oktyabrda Gürcüstanda keçiriləcək prezident seçkisindən sonra Rusiya-Gürcüstan əlaqələrinin perspektivini müzakirə edilib».

 

Bir müddət öncə rəsmi Tiflis bildirmişdi ki, Karasinlə Abaşidze arasında sayca 4-cü görüş Praqda,ehtimal olunur, sentyabrın ikinci yarasında keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar