Rusiya ilə Ukrayna «Şərq Tərəfdaşlığı»-nın zirvə toplantısınadək Kiyevin Gömrük İttifaqında iştirakına dair bir sıra məsləhətləşmələr keçirəcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karsin deyib.
«İkitərəfli təmaslara gəlincə, bizim yetərincə geniş gündəliyimiz nəzərdə tutulub. Oktyabrda Kaluqada baş nazirlər səviyyəsində dövlətlərarası komissiyanın görüşü keçiriləcək. Bu iqtisadi komitədə olacaq. Oktyabrın sonunda isə Rostov-Donda beynəlxalq məsələlər üzrə alt komissiyanın görüşü planlaşdırılıb. Bu tədbirdə nümayəndə heyətlərinə xarici işlər nazirləri başçılıq edəcək. Bundan ayın sonunda Dnepropetrovskda parlamentlərarası görüş nəzərdə tutulub» -deyə, o, bildirib.
Karasinin qənaətincə, Moskva hesab edir ki, Rusiyanın arqumentləri Kiyev tərəfindən düzgün qəbul ediləcək.
Xatırladaq ki, «Şərq tərəfdaşlığı»-nın zirvə toplantısı cari ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.