Rusiya Ukraynanı sanksiya ilə hədələyir
11 oktyabr 2013 07:14 (UTC +04:00)

Rusiya Ukraynanı sanksiya ilə hədələyir

Təbii qazla bağlı müqaviləyə birtərəfli qaydada baxacağı halda Rusiya Ukraynaya qarşı sanksiya tətbiq edə bilər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu açıqlamanı Rusiya baş nazirinin mətbuat-katibi Natalya Timakov verib.

 

«Rusiya ilə Ukrayna arasında mövcud müqaviləyə istənilən yenidən baxış cəhdinin aşkar hüquqi nəticələri olacaq.Ukraynalı ortaqlarımız müqavilə şərtlərinə birtərəfli qaydada yenidən baxacaqları halda sanksiya tətbiq edilə bilər»-deyə, Timkova bildirib.

 

Oktyabrın 10-da Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib ki, əgər mövcud müqavilə yenidən baxmazsa Kiyev Rusiyadan qaz idxalını azaldacaq, perspektivdə isə tamamilə dayandıracaq.

 

Baş nazir onu da vurğulayıb ki, əgər Rusiyanın «Qazprom» şirkəti Ukraynanı müqavilədən birtərəfli qaydada çıxdığı üçün beynəlxalq məhkəməyə verərsə, o zaman rəsmi Kiyev öz haqqının müdafiəsində israr edəcək.

 

Timakovanın sözlərinə görə, Ukraynanın Rusiya qazından tam imtina etməsi hədəsi  inandırıcı görünmür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Oxşar yazılar