Rusiya Türkiyədəki terroru "barbar cinayət" adlandırıb
13 may 2013 20:12 (UTC +04:00)

Rusiya Türkiyədəki terroru "barbar cinayət" adlandırıb

Rəsmi Moskva Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror hadisəsini pisləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada baş verən terror aktının qınandığı bildirilib: “Türkiyə hökumətinə, türk xalqına və bu barbar cinayətin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

 

Rusiya XİN-dən verilən açıqlamada olayın tez bir zamanda araşdırılmasının vacib olduğu deyilib: “Günahkarlar cəzalandırılmalıdır. Ümid edirik ki, bu faciəvi hadiəslər bölgədəki gərginliyi daha da artırmaz”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar