Rusiya Suriyadan vətəndaşlarını çıxarmağa hazırdır
28 sentyabr 2013 04:37 (UTC +04:00)

Rusiya Suriyadan vətəndaşlarını çıxarmağa hazırdır

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ölkə vətəndaşlarının lazım olan vaxt Suriyadan çıxarılması üçün bütün hazırlıqlar görülüb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu istiamətdə davamlı olaraq, monitorinq aparılır.

 

«Biz Rusiya vətəndaşlarının köçürülməsinə hər zaman hazırırıq. Bunun üçün Suriya sahillərində bizim yetərincə gəmimiz var.Vəziyyətə daimi nəzarət edirik, ora əlavə gəmi də göndərmişik» -deyə, S.Şoyqu söyləyib.

 

Nazir qeyd edib ki, nazirliyin mütəxəssisləri ölkənin sahilboyunda baş verənləri «həm görür, həm də eşidir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar