Rusiya İrana yeni təkliflər eşitdirir
12 iyun 2013 07:51 (UTC +04:00)

Rusiya İrana yeni təkliflər eşitdirir

İranın Rusiyadan «C-300» sistemi qarşılığında «Tor-2ME» zenit raket qurğusu  alması məsələsi gündəlikdə durmur.

 

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, bu bəyanatla silah ixracatı üzrə  rusiyalı mütəxəssis çıxış edib.

 

Onun sözlərinə əsasən, bir sıra siyasətçi və mütəxəssislərin, «C-300» qarşılığında «Tor-M2E» kompleksi alması düzgün deyil: «Çünki «C-300» lə bağlı müqavilə çoxdan ləğv edilib. Svödələşmənin behi sifarişçiyə bütövlükdə qaytarılıb».

 

Mənbə bildirib ki, bu, İranın Rusiyadan «Tor-M2E» qurğusu ala bilməməsi də demək deyil: «Əlbəttə, Tehran bu yolla Moskvadan «C-300» sistemi də tədarük edə bilər. Bununla belə İranın ləğv edilmiş müqavilədə göstərilən «S-300PMU2» «Favorit» deyil,  müasirləşdirilmiş «C-300 PMU1» əldə etmək imkanı var. İrana silah tədarükü ilə bağlı beynəlxalq sanksiya artıq götürülüb,odur ki, tərəflər razılaşarsa, belə sövdələşmənin baş tutması mümkündür».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1561
avatar

Oxşar yazılar