Rəsmi Tiflisi Gürcüstanın Qori rayonunun Ditsti kəndinin tanınmamış Cənubi Osetiya və Rusiya sərhədçiləri tərəfindən tikanlı məftillə sərhədlənməsinə etiraz edərək, bu işin dayandırılmasını tələb edib.
Lent.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, tikanlı telləri çəkən rusiya sərhədçilərinə yerli sakinlər etiraz edib, qarşıdurma yaranıb. Sonradan bu vəziyyətin sakitləşdirildiyi bildirilib.
Gürcüstan Xarici İŞlər Nazirliyi analtik departamentinin təmsilçisi Kaxa Kemuklidze jurnalistlər deyib: «Biz sərt şəkildə danışaraq, xatırlatdıq ki, xalqı təhqir etməyə heç kimin haqqı yoxdur. Biz əhaliyə sərhədi keçməyi yasaqlamayacağıq. Çünki ora Gürcüstan ərazisidir. Ancaq həmin rayonda patrul xidmətinin gücləndirəcəyik».
Bir müddət Gürcüstan XİN Rusiyaya Tsxinvali bölgəsində sərhəd xəttinin çəkilməsinə etiraz notasının təqdim edib.