Rusiya əsgəri daha 40 il  Tacikistanda qalacaq
19 sentyabr 2013 03:56 (UTC +04:00)

Rusiya əsgəri daha 40 il  Tacikistanda qalacaq

Tacikistan prezidenti İmaməli Rəhman 7 min Rusiya əsgərinin Tacikistanda qalması vaxtını uzadan razılaşmanı parlamentə göndərib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, razılaş

maya əsasən,  Rusiyanın 201-ci diviziyasının Tacikistanda qalma müddəti daha 40 il uzadılır, əvəzində isə Moskva Tacikistanı vergidən, gömrükdən  azad bir milyon ton neft məhsulu verir.

Rusiya və Tacikistan prezidentləri Rusiya hərbi bazasının statusu haqda sazişi 2012-ci ilin oktyabrında imzalayıb. Sənədə əsasən, Rusiya bazasının Tacikistan ərazisində qalması müddəti birinci müqavilənin (25 may 1993-cü il) qüvvəyə mindiyi vaxtdan 49 il, yəni 2042-ci ilə qədər uzadılır. Bu müddət başa çatdıqdan sonra sazişin vaxtı uzadıla bilər.

Tacikistanda yerləşən 201-ci Rusiya hərbi bazasında 7 min rus əsgər-zabiti xidmət edir.

 

# 572
avatar

Oxşar yazılar