Londonda ərəbcə çıxan Səudiyyə Ərəbistana ail «əş-Şərq əl-Ousat» qəzeti İran prezidenti Həsən Ruhaninin oktyabrda Məkkəyə həcc ziyarətinə gedəcəyinin gözlənildiyini yazıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, hökumət başçısı bununla həm də Səudiyyə Ərəbistanı ilə son illər yaranmış fikir ayrılığını aradan qaldırmaq istəyir. Bu məsələlər arasında Suriyadakı mövcud duruma münasibət də var.
Sentyabrın 19-da o, Tehranda iranlı zəvvarlar qarşısında çıxışı zamanı krallığı «İranın ən yaxın dostu» adlandıraraq, iki dövlət arasında «əhəmiyyətsiz fikir ayrılıqlarının», o cümlədən Suriyadakı vətəndaş savaşı ilə bağlı problemlərin aradan qalacağına ümidvar olduğunu bildirib.
İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bu günlərdə ölkə televiziyasında çıxışında krallığa münasibətini belə açıqlamışdı: «İran və Səudiyyə Ərəbistanı bölgənin önəmli dövlətləridir. İki ölkə arasında əməkdaşlıq bölgədəki münaqişələrin tənzimlənməsinə və islam dünyasının xeyirinə xidmət edə bilər».