Romada Azərbaycan günü
08 iyun 2013 18:28 (UTC +04:00)

Romada Azərbaycan günü

 

Romanın Tor Vergata Universitetində Azərbaycana həsr olunan təqdimat keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri universitetin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Pietro Masi çıxış sözüylə açıb. P. Masi təqdimat iştirakçılarına Universitetin rektoru professor Renato Lauronun salamlarını çatdırandan sonra İtaliya ilə Azərbaycan arasında çoxsahəli əlaqələrin mövcud olduğunu deyib.

Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin tarixi, Azərbaycan-İtaliya əlaqələrin tarixi və müasir vəziyyəti, regionda həyata keçirilən irimiqyaslı iqtisadi və nəqliyyat layihələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və indiki vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə iştirak edən digər professorlar Nikolo Vittorio, Massimo Papa, Nikolo Kosta, Roberto Verzikko və Paola Sinibaldi ali təhsil sistemin təkmilləşdirilməsi sahəsində Avropada aparılan layihələrdə Azərbaycanın ali məktəblərinin uğurla iştirakının vacibliyini qeyd ediblər. Tədbirin sonunda V.Sadıqov verilən sualları cavablandırıb, ölkəmizin təhsil sistemi barədə məlumat verib.

Təqdimatda “Tor Vergata” Universitetinin professor-müəllim, tələbə heyətinin üzvləri və mətbuat orqanlarının nümayəndələri iştirak edib.                                           

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41