Reyhanlını qana boyayan şəxs yaxalandı
17 may 2013 12:14 (UTC +04:00)

Reyhanlını qana boyayan şəxs yaxalandı

Keçən həftə Türkiyəni silkələyən partlayışı törədən əsas şəxs yaxalanıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Hatayın Reyhanlı rayon mərkəzində partlayışların törədilməsində istifadə edilən iki avtomobili satın alan Mehmet G. Hatay şəhərində yaxalanıb.

 

Mehmet G. partlayışın təşkili işində əsas şəxs olub. Yaxın saatlarda məsələ ilə bağlı Hatay valisi Cəlaləddin Ləkəsiz mətbuat konfransı keçirəcək.

 

Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları Reyhanlıda partlayışın törədilməsi sifarişini verən şəxsin də müəyyənləşdiyini açıqlayıblar. Həmin şəxs Suriya ordusunun yüksək rütbəli zabitidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1639
avatar

Oxşar yazılar