Oktyabrın 11-də respublikaçı –senatorlar ABŞ prezidenti Barak Obama ilə görüşüb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, görüşdən sonra senatorlar büdcə məsələsi ilə bağlı müzakirədə irəliləyişin hiss olunduğunu bildirib.
«Biz problemin həlli yolundayıq» -deyə, Tennessi ştatından olan senator Bob Korker söyləyib. Onun sözlərinə əsasən, büdcə layihəsi ilə bağlı qərarın qəbulunda konkret böhran yoxdur.
Meyn ştatından senator Süzan Kollins bildirib ki, Obama administrasiyası qısamüddətli güzəştə başlamağa hazırdır və bundan sonra daha uzunmüddətli anlaşma üçün yollar aranacaq.
Xatırladaq ki, oktyabrın 11-də Barak Oabam respublikaçılarla 1,5 saatlıq görüş keçirib. Onlar 2014-cü il üçün büdcə layihəsini və borc «tavanını» qaldırılmasını müzakirə edib.