Qubernator: «Hökumətdə qalmaq istəyirsən? Arıqla!»
04 iyun 2013 05:22 (UTC +04:00)

Qubernator: «Hökumətdə qalmaq istəyirsən? Arıqla!»

Rusiyanın Penza vilayətinin qubernatoru Vasili Boçkaryov bütün məmurlara arıqlamağı əmr edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qubernator vilayətin səhiyyə naziri Vladimir Strüçkova şəxsən 16 kq arıqlamağı tapşırıb.

 

Başqa məmurlara müraciət edərək deyib: «Çəki atmasan, özünü səliqəyə salmasan hökumətdən get!»

 

Qubernatorun sözlərinə görə, vilayət hökuməti siqaret çəkməyə və alkoqolizmə qarşı mübarizə aparır, bu səbəbdən də ilk növbədə özləri örnək olmalıdır.

 

Məlumata əsasən, Penza qubernatoru həmvətənlərinin sağlığı uğurunda ilk dəfə deyil belə mübarizə aparır.

 

2011-ci ildə V.Boçkaryov siqaret çəkən məmurları bu zərərli vərdişdən əl çəkməyə çağırmış, eləcə də yerli hakimiyyət orqanlarına qəbulda siqaretdən imtinaya üstünlük vermələrini tapşırmışdı.

 

2012-ci ildə o, məmurları davamlı olaraq, bədən tərbiyəsi üzrə normativləri yerinə yetirməyi təklif etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar