Tailand sahillərində batan sərnişin bərəsinin kapitanı qəza baş verməzdən bir neçə saat öncə narkotik maddə qəbul etdiyini etiraf edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, 42 yaşlı kapitan özü polis təslim olub. İstintaq zamanı o, bildirib ki, qəbul etdiyi narkotik maddənin təsirindən gediləcək yoldan çıxıb və nəticədə bərənin gövdəsini su basıb.
Sərnişinlərə xəbər vermədən kapitan suyu oradan çıxarmağa çalışıb. Ancaq 10 dəqiqə sonra bundan sərnişinlər xəbər tutub, Yolçuların bəziləri özünü suya atıb. Məlumata əsasən, 200 nəfər yaxın sərnişin sahilə çıxarılıb. 7 nəfərin həlak olduğu bildirilib. 20 yaxın sərnişin isə xəstəxanaya yerləşdirilib.