Qəddafinin oğlunun ittihamı elan olunub
25 oktyabr 2013 02:15 (UTC +04:00)

Qəddafinin oğlunun ittihamı elan olunub

Liviyanın öldürülmüş lideri Müəmmar Qəddafi hakimiyyəti dönəmində yüksək vəzifə tutan 20 keçmiş məmur haqqında Tripoli məhkəməsi ittiham irəli sürüb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onların arasında onun oğlu Seyfülislam Qəddafi də var.

 

İttiham əsasən, 2011-ci ildə Qəddafi rejiminə qarşı etiraz aksiyaları iştirakçılarının qətli ilə bağlıdır.

 

Keçmiş məmumrlar arasında Liviya kəşfiyyatının başçısı Abdulla Senussinin də adı var.

 

Bir müddət öncə Beynəlxalq Məhkəmə Senussinin Haaqa məhkəməsində deyil, Liviyada mühakimə edilməsi haqda qərar çıxarmışdı. Qurum bildirmişdi ki, ölkədə məhkəmənin «ədalətli qərar» çıxaracağını inanır. Ancaq Beynəlxalq Məhkəmə Seyfülislam Qəddafinin isə Haqqada mühakiməsində israr edir.

 

Liviya hakimiyyəti isə qurumun istəyini rədd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126
avatar

Oxşar yazılar