Liviyada qadın millət vəkilinin çantasından qumbara tapılıb. Lent.az-ın “Fiqaro” qəzetinə istinadən verdiyi xəbərə görə, Liviya Milli Konqresinin qadın deputatı Suad Sultanın çantasına Tripoli bələdiyyəsinin iclasına gələrkən baxış keçirilib. Yoxlama zamanı çantadan əl qumbarası aşkar edilib. Qadın qumbaranı təhlükəsizlik məqsədi ilə gəzdirdiyini bildirib.
İclasdan çıxarkən Sultan qumbaranı tələb etsə də, təhlükəsizlik xidməti onu qaytarmayıb.