Rusiya prezidenti Vladimir Putin Britaniyanın baş naziri Devid Kemeronla Soçidə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, dövlət liderləri Suriyadakı vəziyyəti də müzakirə edib.
«Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, zorakılığın dayandırılmasında bizim ümumi maraqlarımız var» -deyə, Putin bildirib.
«Baxışlarımızın biri-birindən fərqləndiyi sirr deyil, ancaq təməl hədəfləri biz bölüşürük. Münaqişənin başa çatması, Suriya xalqının öz hökumətini seçməsi, ekstremizmin artmasının dayandırılması bizim ortaq hədəflərimizdir» - bunu isə D.Kemeron sölyəyib.
Məlumata əsasən, Britaniyanın baş naziri Rusiyaya Suriya ilə bağlı şəraiti müzakirə etmək üçün təcili səfər edib.
Gələn həftə o, həmin məsələni Barak Obama ilə müzakirə etməkdən ötür ABŞ yola düşəcək.