Putin Münhen təhlükəsizlik konfransına qatılmayacaq
11 yanvar 2016 18:46 (UTC +04:00)

Putin Münhen təhlükəsizlik konfransına qatılmayacaq

 

 

Rusiya prezidenti Vladimir Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Qeyd edək ki, konfransda 20 dövlət və hökumət başçısı, habelə 60 ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Forumda ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Almaniya kansleri Angela Merkel isə son 4 ildə ilk dəfə Münhen konfransında iştirak etməyəcək.

 

Forumun rəhbəri Volfqanq İşinqer İran və Ukrayna prezidentlərinə dəvət məktublarının göndərildiyini, lakin cavab verilmədiyini bildirib.

 

Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı 1962-ci ildən keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar