Rusiyanın Suriyaya “S-300” zenit-raket kompleksləri təhvil verməsi barədə müqavilə reallaşdırılmayıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bəyan edib.
Vladimir Putin deyib ki, Rusiya regionla qüvvələr balansını pozman istəmir: “Müqavilə bir neçə il əvvəl imzalanıb, ancaq hələ reallaşdırılmayıb”.
Xatırladaq ki, bir həftə öncə “Suriya al-En” agentliyi Suriya prezidenti Bəşər Əsədin Rusiyadan ilk “S-300” partiyasının alındığı barədə açıqlamasını yaymışdı.