Rusiya prezidenti Vladimir Putin bildirib ki, əgər BMT-nin razılıq verərsə, bölgə dövlətlərinin maraqınca olarsa, o zaman RF Holan təpələrində Avstriyadan olan sülhməramlıları əvəz etməyə hazırdır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya lideri ordu zabitləri ilə görüşdə deyib: «İsraillə Suriya ordusu arasındakı xətti ayıran ərazidən Avstriya hərbçiləri çıxaracağı halda Holan yüksəkliklərində hazırkı vəziyyətin gərginləşəcəyini nəzərə alaraq, bunu bildirirəm».
O, bir müddət öncə BMT-nin baş katibi Pan Ge Munun Rusiyaya səfərini də xatırladıb. «O, bizə BMT-nin xətti ilə sülhməramlı əməliyyatlara qatılmağımızı artırmağımızı istəmişdi»-deyə, Putin söyləyib.