Pskov yaxınlığındakı hərbi poliqonda mərminin partlaması nəticəsində 6 hərbçi həlak olub.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, oktyabrın 22-də Pskov vilayətinin Struqi Krasnıye yaşayış məntəqəsi yaxınlığındakı 714 saylı poliqonda Hərbi Desant Qüvvələrinin hərbçilər təlimdən dönərkən, qaranlıqda naməlum partlayıcı qurğu partlayıb.
Mənbə bildirib ki, nəticədə 6 desant həlak olub, ikisi yaralanıb.