Çexiyanın paytaxtı Praqda «LUKOYL»-a məxsus yanacaq doldurma məntəqələrindən biində partlayış baş verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində bir nəfər həlak olub.
İlkin dəyərləndirməyə əsasən, yanacaq çəninin partlayıb. Məntəqə işçilərindən birini partlayış dalğası tullayıb. O, başından aldığı zərbədən yerindəcə keçinib.
Polis hadisənin baş vermə səbəbini araşdırır.