Pinoçetin baş kəşfiyyatçısı özünü öldürüb
29 sentyabr 2013 05:15 (UTC +04:00)

Pinoçetin baş kəşfiyyatçısı özünü öldürüb

Çilinin keçmiş diktatоru Auqusto Pinoçetin hakimiyyəti illərində kəşfiyyata başçılıq etmiş Odlaner Mena özünü öldürüb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, O.Mena 1977-ci ildə, yarandığı gündən Milli İnformasiya Mərkəzinə (hazırda bu qurum fəaliyyət göstərmir - red.) 1980-ci ilə kimi başçılıq edib.

 

Hüquq müdafiəçiləri bu qurumu diktaturaya qarşı çıxanlara işgəncə verməkdə ittiham edib.

 

Mena 1970-ci illərdə Sosialist Partiyasının üç üzvünün qətlində iştiraka görə 6 il azadlıqdan məhrum edilmişdi.

 

Mənbə bildirib ki,o, özünü yaşadığı mənzildə öldürüb. Bununla yanaşı onun bir neçə gündən sonra həbsxanaya köçürülməli imiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar