Pentaqon: İŞİD-in neft gəlirləri azalıb
06 yanvar 2016 21:03 (UTC +04:00)

Pentaqon: İŞİD-in neft gəlirləri azalıb

ABŞ-ın başçılığı ilə beynəlxalq antiterror koalisiyası tərəfindən həyata keçirilən hava zərbələri nəticəsində İŞİD qruplaşmasının neftdən əldə etdiyi gəlirləri 30% azalıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu beynəlxalq koalisiyanın rəsmi nümayəndəsi Stiv Uorren bəyan edib.

 

“İŞİD” terror qruplaşmasının İraq və Suriya ərazisində nəzarət etdikləri yataqlarda neft hasilatı gündəlik 45 min bareldən 34 min barelə düşüb”, deyə S.Uorren bildirib.

 

Bundan əvvəl S.Uorren bəyan etmişdi ki, İŞİD İraq və Suriyada 90% neft infrastrukturunu, və nəzarəti altında olduğu  40% ərazini itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar