Mayın 25-də axşam saatlarında Paris yaxınlığındakı Defans rayonunda naməlum şəxslər soyuq silahla xidməti vəzifəsini icra edən hərbçiyə basqın edib.
Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, yaralı halda xəstəxanaya yerləşdirilən hərbçinin həyatı üçün təhlükə yoxdur.
Məlumata əsasən, basqın edənin təxminən 30 yaşında olub. Bıçaq zərbəsi hərbçiinin boynuna endirilib.