Pakistanın yeni parlamenti and içib
01 iyun 2013 22:11 (UTC +04:00)

Pakistanın yeni parlamenti and içib

Pakistan Milli Assambleyasının üzvləri səlahiyyətlərinin icrasına başlamaq üçün and içib.

 

Lent.az «BBC»-yə istinadən məlumatına görə, hakimiyyətin demokratik yolla seçilmiş bir siyasi qüvvədən o birinə təhvil verilməsi baxımından bu ölkə tarixində ilk hadisədir.

 

Parlament seçkilərində qalib gəlmiş Müsəlman Demokratik Liqası gələn həftə siyasi qurumun lideri Nəvaz Şərifin başçılığı ilə yeni hökuməti formalaşdıracaq.

 

Yeni hakimiyyətin qarşısında çox saylı mürəkkəb vəzifələr durur. Bura

 işsizliyin aradan qaldırılması kimi çox saylı sosial problemlərlə yanaşı islam adı altında fəallığı artan yaraqlılara qarşı mübarizə də aiddir.

 

Nəvaz Şərif bildirib ki, onun üstünlük verəcəyi əsas məsələ ölkə iqtisadiyyatının dirçəldilməsidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar