ABŞ hərbçiləri Pakistan talibanının lideri Həkimullah Məhsudun «sağ əli» Lətifulla Məhsudu ələ keçirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Meri Harf oktyabrın 11-də keçirdiyi brifinqdə bildirib.
«Hərbi əməliyyat nəticəsində Lətif Məhsudun amerikalı əsgərlər tərəfindən ələ keçdiyini təsdiqləyə bilərəm»-deyə, təmsilçi söyləyib.
ABŞ-ın məlumatına əsasən, Pakistandakılar əfqan taliblərlə birlikdə Əfqanıstandakı koalisiyaya qarşı mübarizə aparır.