Pakistanın şimal-qərbindəki Kürrəm əyalətində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 15-ə yüksəlib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hücum nəticəsində 70 nəfər yaralanıb. Onların arasında «Cəmiyət-ül Üləma-e-İslam» Partiyasından deputatlığa namizəd də var.
Partlayış «Camiyət-ül Üləma-e-İslam» partiyasının iclasının gedişində baş verib.
Xatırladaq ki, mayın 11-də Pakistanda parlamentə seçkilərin keçirilməsi gözlənilir.