Sentyabrın 28-də Pakistanda təkrar baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində azı 22 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bundan əvvəl zəlzələ nəticəsində 12 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.
Təbi fəlakətin mərəkzi Bəlucistan əyalətinin Avaran şəhərindən 96 km şimal-şərqdə 14,8 km dərinlikdə yerləşib.
Yerli hakimiyyətin təmsilçisi Abdul Malik bildirib ki, yeni zəlzələ dalğası iki kəndi yerlə –yeksan edib.
Qeyd edək ki, sentyabrın 24-də Pakistanın Bəlucistan əyalətində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində 515 nəfər ölüb. Zəlzələ nəticəsində 20 mindən çox ev uçub, yüzlərlə insan xəsarət alıb.