Pakistanda leysan yağışlar selə səbəb olub. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, əhalinin sıx yaşadığı Sind, Pəncab, eləcə də Bəlucistan əyalətlərinin milyona yaxın əhalisi birbaşa və ya dolayısı ilə təbii fəlakətdən əziyyət çəkib.
Hökumət məcburi köçkünlər üçün bir neçə yüz müvəqqəti düşərgə salıb.
Hüquq müdafiəçiləri rəsmi İslamabadı təbii fəlakətin qarşısının alınmasında yetərincə tədbirlər görmədiyi üçün tənqid edib.
Mənbənin məlumatına əsasən, daşqınlar nəticəsində həlak olanların sayı 139-a çatıb.