Malinin şimalında yaraqlılar oğurlanan fransız jurnalistlər Klod Verlon və Gislen Düpon öldürülüb.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, Fransanın Xarici İşlər Nazirliyi də bu faktı təsdiqləyib. Onların cəsədləri Kidal şəhərinin yaxınlığında aşkarlanıb.
Şəhərin qubernatoru Adam Kamissoko bildirib ki, onları 4 silahlı kişi oğurlayıb.
Mənbənin məlumatına əsasən, jurnalistlər ölkə paytaxtı Bamakodan Kidal şəhərinə doğru hərəkət edirmiş.
Malidəki hərbi əməliyyatlara başqa dövlətlərlə birlikdə Fransa 2013-cü ilin fevralından başlayıb.