Oğurladığı 4 milyon dolları ”yeyə” bilmədi
05 oktyabr 2013 16:59 (UTC +04:00)

Oğurladığı 4 milyon dolları ”yeyə” bilmədi

Türkiyədə banklara pul köçürülməsi xidmətləri göstərən şirkətə aid inkasator təhlükəsizlik işçisi tərəfindən qarət olunub. Ans press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Laləlidəki özəl bir bankın qarşısında baş verib. Banka qızıl buraxdıqdan sonra təhlükəsizlik işçilərindən biri 4 milyon dolları oğurlayaraq qaçıb.


Hadisə yerinə gələn polis işçiləri kameralardakı görüntülərə baxarkən şübhəli Kamal Yavuzun minib uzaqlaşdığı taksinin nömrəsilə onun izinə düşüblər.

Qeyd edək ki, 4 uşaq atası olan şübhəli ailəsini İstanbuldan Diyarbakıra göndərməsi və iş yoldaşlarına “bu gün mənim son iş günüm ola bilər” dediyi bildirilib. Hazırda polis araşdırmaları davam etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1480

Oxşar yazılar