Obamanın da kredit borcu varmış
16 may 2013 17:39 (UTC +04:00)

Obamanın da kredit borcu varmış

ABŞ hökuməti prezident Barak Obama və xanımı Mişel Obamanın şəxsi əmlakı barədə məlumatı açıqlayıb.

 

Lent.az-ın “Huffington Post” qəzetinə istinadən verdiyi məlumata görə, cütlüyün təqdim etdiyi vergi bəyannaməsinə əsasən onlar 1,9-6,9 milyon dollar dəyərində əmlaka malikdir.

 

Keçən il Barak Obama və Mişel Obamanın var-dövləti 2,6-8,3 milyon dollar civarında olub. Bu rəqəmlərin qeyri-dəqiq olması da təsadüfi deyil, çünki qanunvericiliyə görə ABŞ vətəndaşları öz əmlakları barədə təxmini məlumat təqdim edirlər. Bununla belə, Barak Obamanın keçən il “JPMorgan Chase” bankındakı hesabına 515 mrn dollar qoyduğu, eyni zamanda 5 milyon dollar vəsaitini aşağı faizli, ancaq etibarlı ABŞ Xəzinəsinin qiymətli kağızlarına yönəltdiyi də məlumdur.

 

Barak Obama hazırda 2005-ci ildə 30 illiyə götürdüyü ipoteka krediti ilə bağlı hər il 500 min dollardan 1 milyon dollara qədər kredit ödədiyi də sirr deyil. Prezident qızları Malii və Saşanın təhsili üçün isə il ərzində 400 min dollar ödəyir.

 

Qeyd edək ki, Barak Obamanın prezident kimi rəsmi maaşı 400 min dollardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar