Kansler Angela Merkeli ABŞ Mili Təhlükəsizlik Xidmətinin dinləmsindən Almaniya hakimiyyəti şübhələnir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Almaniya hökuməti mətbuat xidmətinin katibi Şteffen Zaybert bildirib ki, Merkel artıq ABŞ prezidenti Barak Obamadan məsələyə dair izahat istəyib.
Bundan başqa Merkel deyib ki, Mobil telefon danışığının dinlənilməsi qəbuledilməzdir, bu dostlar və müttəfiqlər arasında ciddi xələl gətirir.
Milli Təhlükəsizlik Xidməti bildirib ki, ABŞ Almaniya kansleri Merkelin Mobil telefon danışıqların dinləməyib.
Ağ Evin mətbuat katibi Cey Karninin sözlərinə əsasən, oktyabrın 23-də Barak Obama ilə Merkel bu məsələni telefonda müzakirə edib.
ABŞ lideri Almaniya hökumətinin başçısını əmin edib ki, ölkəsinin xüsusi xidmət orqanları kanslerin telefon danışıqların «heç vaxt dinləməyib və heç dinləməyəcək».